Bu gecə Çempionlar Liqasının keçid pley-off mərhələsində ilk oyunlar başa çatacaq.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın matçından başqa daha 3 qarşılaşma baş tutacaq.
İtaliya çempionatının lideri "İnter" Norveç səfərinə yollanıb. Rəqib son anda pley-offa yüksələn "Budyo Qlimt"dir.
Madrid "Atletiko"su "Brügge" səfərindən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.
UEFA Çempionlar Liqası, keçid pley-off mərhələsi (ilk oyunlar)
18 fevral (çərşənbə)
21:45 "Qarabağ" - "Nyukasl"
00:00 "Budyo Qlimt" - "İnter"
00:00 "Brügge" - "Atletiko" (Madrid)
00:00 "Olimpiakos" - "Bayer" (Leverkuzen)



