“Meydanda o qədər diqqətli olmalıyıq ki, gedişatların qarşısını alaq, ya da öz gedişatımızı daha da yaxşılaşdıra bilək”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Mütəxəssis Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: "Ayntraxt"ın oyunlarına baxırdıq. Yanvardan bu yana çıxdıqları 3 matçda fərqli sistemdə oynayıblar.
Matçın gedişatında fərlqi hücumlar qurur, hər oyunda bir cür müdafiə olunurdular. Biz də buna uyğun işimizi aparırdıq. Bir neçə dəfə belə halla qarşılaşmışıq, rəqibin baş məşqçisi dəyişib. Sona qədər intizamlı oynasaq, diqqətli olsaq, problem olmalı deyil. Lakin baş məşqçi dəyişikliyi bizim üçün sürpriz oldu və fikirlərimiz qarışdı.
"Ayntraxt" təcrübəli rəqibdir, özünəməxsus alman intizamı var, İnanıram ki, sabah öz oyunumuzu əvvəlki matçlardan daha yaxşı oynasaq, uğurlu nəticə əldə edə biləcəyik”.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunun start fiti saat 21:45-də səslənəcək.


