"Bayern Münhen" klubu Yozua Kimmix və Alfonso Deyvislə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kimmixlə 2029, Deyvislə isə 2030-cu ilin yayına qədər sözləşmə imzalanıb.

30 yaşlı Kimmix 2015-ci ildən Münhen klubdadır. O, hazırda Manuel Noyerdən sonra komandanın ikinci kapitanıdır.

Kanadalı futbolçu isə 2019-cu ilin yanvarında Almaniya nəhənginə qoşulub. 25 yaşlı futbolçu burada 229 oyuna çıxıb və 14 qol vurub.