"Bayern Münhen" Manuel Noyerlə müqavilə uzatmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Almaniya nəhəngi 39 yaşlı qolkiperin performansından məmnundur.
Bu barədə "Sky Sport" məlumat yayıb.
Noyer isə gələcəyi barədə yekun qərarını verməyib. O, karyerasını başa vura bilər.
Qeyd edək ki, təcrübəli qapıçı 2011-ci ildən Münhen təmsilçisində çıxış edir. O, burada 573 oyuna çıxıb.



