Almaniya Bundesliqasının 19-cu turu çərçivəsində turnir cədvəlinin lideri "Bavariya" Münhendə "Auqsburq"u qəbul edib.

Offsideplus.az xəbər verir ki, oyun  qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 23-cü dəqiqədə “Bavariya”nın heyətində Hiroki İto açıb. 75-ci dəqiqədə qonaqların heyətində Artur Şaves hesabda tarazlığı bərpa edib. Cəmi 6 dəqiqə sonra, 81-ci dəqiqədə isə Han-Noa Massenqo "Auqsburq"a qələbə gətirən qolu vurub.

Qeyd edək ki, 19 turdan sonra 50 xalı olan "Bavariya" turnir cədvəlində liderdir. Aktivini 19 xala çatdıran "Auqsburq" isə 13-cü pillədə qərarlaşıb.