"Bayer" klubu "Liverpul"un Florian Virts üçün etdiyi 130 milyon avroluq təklifi qəbul etməyib.

Offsideplus.az xəbər verir ki, Leverkuzen təmsilçisi 22 yaşlı futbolçu üçün 150 milyon tələb edir.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Virtsin bu yay "Bayer"dən ayrılacağı gözlənilir. Lakin Bundesliqa klubunun istədiyi məbləğ ödənməlidir.

Gənc futbolçunun istəyi "Liverpul"a transfer olmaqdır.

Klublar arasında danışıqlar davam edəcək.