Florian Virts transferində uğursuz olan "Bavariya" Bruno Fernandeşi heyətinə qatmağa çalışacaq.
Offsideplus.az xəbər verir ki, əgər bu baş tutsa, müqavilənin ümumi dəyəri 100 milyon funt-sterlinqi aşacaq.
Bu barədə "TEAMtalk" portalı məlumat yayıb.
Fernandeş "Mançester Yunayted"in uğursuz nəticələrdən sıxılıb və yayda komandanı tərk edə bilər. Səudiyyə Ərəbistan klubu "Əl-Hilal" da onunla yaxından maraqlanır.
Transfermarkta görə 30 yaşlı futbolçunun bazar dəyəri 55 milyon avrodur.