"Bayer" Xabi Alonsonu "Mançester Yunayted"in sabiq baş məşqçisi Erik Ten Haq ilə əvəzləyəcək.
Offsideplus.az xəbər verir ki, 2023-24 mövsümündə Bundesliqa çempionu olmuş Leverkuzen təmsilçisi və niderlandlı mütəxəssis arasında razılıq əldə edilib. Müqavilənin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. Ten Haq iki illik sözləşməyə sabah - mayın 26-da imza atacaq.
Bildirilir ki, Erik Ten Haqa "Ayaks" klubundan da təklif gəlsə də, "Bayer" klubu onunla əlaqə saxladıqdan sonra prioritet bu klub olub.
Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2021-2024-cü illərdə "qırmızı şeytanlar"a baş məşqçisi edib və bu klubla İngiltərə Kuboku və İngiltərə Liqa Kubokuna yiyələnib.