Erik ten Haq "Bayer"in yeni baş məşqçisi olmaq istəyir.

Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis 2 illik müqavilə imzalamağa hazırdır. Son qərarı Leverkuzen klubunun rəhbərliyi verəcək.

"Ayaks" da Ten Haqla maraqlanır. 55 yaşlı mütəxəssis isə Almaniya klubunu bir addım öndə görür.

O, son olaraq "Mançester Yunayted"i çalışdırıb. Niderlandlı ötən ilin oktyabrından bəri işsizdir.