"Bayer" klubu maraqlı addım atıb.
Offsideplus.az xəbər verir ki, bu yay komandadan ayrılacağı gözlənilən Florian Virtsin dəyəri bəlli olub. Leverkuzen təmsilçisi gənc futbolçu üçün "Bavariya"dan 150 milyon avro tələb edir. Almaniyadan kənar klublar üçün isə bu məbləğ 100 milyondur.
Bu barədə "BILD" nəşri məlumat yayıb.
Virtslə "Liverpul" və "Real Madrid" yaxından maraqlanır. Xarici mətbuatda çıxan xəbərlərə görə "Mançester Siti" artıq bu yarışdan çəkilib.
Gənc futbolçu cari mövsüm 45 oyunda 16 qol vurub və 15 məhsuldar ötürmə edib.