"Bayer"in futbolçusu Florian Virtsin yeni klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, alman hücumameyilli yarımmüdafiəçi "Mançester Siti" klubu ilə görüşmək üçün bu gün İngiltərəyə yollanıb. Onun valideynləri Pep Qvardiola ilə görüşmək üçün Mançester şəhərinə gedib.
Bundan əlavə, Leverkuzen klubu və "şəhərlilər" futbolçunun transferi ilə əlaqədar şifahi razılıq əldə ediblər.
Qeyd edək ki, F.Virts ilə İspaniyanın "Real Madrid", Almaniyanın "Bavariya" klubları da yaxından maraqlanırdı.