Almaniya 2-ci Bundesliqasında "Nürnberq" bu gün "Hannover"ə 1:2 hesabla uduzub.

Offsideplus.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 16:00-da start götürüb. Azərbaycan millisinin üzvü Mahir Emreli bu görüşdə ehtiyat heyətdə yer alıb və meydana 77-ci dəqiqədə daxil olub. Sonuncu dəfə 31 yanvarda oynayan 27 yaşlı hücumçu 1 ay sonra yaşıl meydanlara dönüb.

Qeyd edək ki, M.Emreli Almaniyanın 2-ci Bundesliqası və ölkə kubokunda toplam 15 matç keçirib, 4 qola imza atıb.

II Bundesliqa

 "Nürnberq" 1-2 "Hannover"

Qollar: S.Tzimas, 36. - E.Leopold, 42. C.Nayt, 57