Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi ''Nürnberq" Bundesliqa II XVII turunda "Braunşvayq" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Mahir də bu qarşılaşmanın iştirakçısı olub. O, matçın 78-ci dəqiqəsində Stefano Tzimasın yerinə meydana daxil olub. Emreli fərqlənməyi bacarmayıb.
Görüş Stefanonun 49-cu dəqiqədə vurduğu yeganə qolla "Nürnberq"in minimal hesablı qələbəsi ilə başa çatıb.