“Nürnberq” hər zaman yüksək yerlər üçün mübarizə aparan klubdur”.

Offsideplus.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Azərbaycan millisinin üzvü Mahir Emreli dedi. 27 yaşlı hücumçu “Nürnberq” klubunda cari mövsüm hədəf nədir?” sualına belə cavab verdi:

“Bu il isə komanda demək olar ki, yenidir. Bu liqada nəyin necə olacağını demək çətindir. Amma yaxşı komandamız, futbolçularımız, məşqçi heyətimiz var. Bütün oyunlara maksimum köklənib qələbə üçün oynayacağıq”. 

Qeyd edək ki, 2 turdan sonra “Nürnberq” II Bundesliqada 10-cu yerdədir.