"Nürnberq"in baş məşqçisi Miroslav Kloze Mahir Emrelinin komandaya keçidi haqda danışıb.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlama verib:

"Əla bir transfer etdik. Emreli komandaya güc qata biləcək. Mahir fiziki göstəriciləri ikinci divizionda yaxşı mübarizə aparmağa imkan verir. Onun təcrübəsi var və əsl mübarizə liqasına gəlib. Robin Knok kimi əla xarakterə və köklənməyə sahibdir. O, çox yaxşı futbolçudur. Əla zərbələri var. Topla yaxşı oynaya, qaça bilir və boşluqları hiss edir”.