"Bayer"in üzvü Ceremi Frimponq karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az "TodoFichajes" nəşrinə istinadən xəbər verir ki, onun xidmətində "Liverpul" maraqlıdır.
Bundesliqa klubu isə niderlandlı oyunçunu satmaq niyyətində deyil.
23 yaşlı oyunçu geridə qalan mövsüm 47 oyunda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.