Hazırda azad agent statusuna malik olan "Liverpul"un sabiq baş məşqçisi Joel Matip karyerasını Almaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, onunla "Bayer" danışıqlara başlayıb.
Qeyd olunub ki, klub futbolçunun agenti ilə əlaqə saxlayıb və ilkin şərtləri razılaşdırıb.
Kamerunlu futbolçu 2009-2016-cı illərdə "Şalke"də çıxış edib.
32 yaşlı müdafiəçi geridə qalan mövsümdə 14 matçda iştirak edib.