“Bavariya”nın futbolçusu Yoşua Kimmix karyerasını Fransada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, onunla PSJ maraqlanır.
Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı qeyd olunur.
29 yaşlı futbolçu geridə qalan mövsüm 43 oyunda 2 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun Münxen təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.