"Bavariya"nın qolkiperi Manuel Noyer gələcək karyerası haqda danışıb.
Offsideplus.az xəbər verir ki, alman əlcək sahibi Səudiyyə Ərəbistanı və Qətərə klublarına keçməyəcəyini bildirib.
"Mənə dəfələrlə digər klublardan təkliflər olub, lakin "Bavariya" ən yaxşı variant idi. Hər zaman yüksək səviyyədə çıxış etmək istəmişəm. Səudiyyə Ərəbistanı və Qətərə komandalarına keçməyəcəm. MLS isə mümkün seçimlər arasındadır. Lakin düşünüb qərar verməliyəm. Çünki ABŞ-də bir çox meydançaların ot örtürü sünidir. Bu məsələlər qapıçılar üçün arzuolunmazdır".
38 yaşlı qapıçının Münxen klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.