Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonso iş yerini dəyişməyə yaxındır.

Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, o, hazırkı klubu ilə müqaviləsinə “Real"la bağlı xüsusi bənd əlavə edib. Bəndin detalları ilə bağlı məlumat olmasa da, iddialara görə, bu bənd Alonsonun “Real”a keçidini asanlaşdırmaq üçündür. Bu keçidin isə yaxın vaxtlarda reallaşacağı iddia edilir.

Qeyd edək ki, məşqçilik karyerasına "kral klubu"nun akademiyasında başlayan Xabi Alonso “Real”ın baş məşqçi postuna iki real namizəddən biridir. Digərinin Joze Mourinyo olduğu irəli sürülür.