Oktyabrın 8-də Bundesliqanın 7-ci turunun “Bavariya” – “Frayburq” oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, görüş münhenlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tomas Müller də “Bavariya”da çıxış edib. 34 yaşlı futbolçu bu oyundan sonra 322 qələbə qazanıb və komanda yoldaşı Manuel Noyerin əvvəllər bundesliqa rekordunu təkrarlayıb.

Əlavə edək ki, qapıçı Noyer zədə səbəbindən 2022-ci il dekabrın 1-dən bəri oynamır.