Azərbaycan millisində çıxış etmiş Rüfət Dadaşov Almaniya Şimal-Şərq Regional Liqasının IX tur matçında het-trik edib. 

Offsideplus.az xəbər verir ki, Berlin "Dinamo"sunda çıxış edən hücumçu “Kemnitser"ə qarşı oyunun 7, 45+3 və 76-cı dəqiqələrində fərqlənib.

Matç "Dinamo"nun 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, komanda hazırda 18 komanda arasında 18 xalla üçüncü pillədədir.