Münhen “Bavariya”sının yarımmüdafiəçisi Camal Musiala Almaniya millisinin sentyabr ayındakı matçları üçün yığmaya qatılmayacaq.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi belindəki zədəni tam sağaltmayıb. Bununla əlaqədar olaraq Musiala Yaponiya (9 sentyabr) və Fransa (12 sentyabr) ilə yoldaşlıq görüşlərindən imtina etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Musiala 2021-ci ildən Almaniya millisində çıxış edir. O, 20 oyunda bir qol vurub.