Münhen "Bavariya"sı "Napoli"nin müdafiəçisi Kim Min-Jaenin transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı cənubi koreyalı futbolçu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ildən "Napoli"də oynayan Kİm 2022/23 mövsümündə Neapol təmsilçisi ilə İtaliya A seriyasının çempionu olub.