"Ayntraxt"ın (Frankfurt) yarımmüdafiəçisi Jesper Lindström klubunu dəyişə bilər.
Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə "Milan", "Leyptsiq" və "Nyukasl" maraqlanır. İngiltərə və İtaliya klubları yaxın vaxtlarda qarşı tərəfə transfer təklifi yollamağa hazırlaşır.
Frankfurt təmsilçisi futbolçunun satışından 30-40 milyon avro qazanmaq fikrindədir. Bildirilir ki, keçid baş tutsa, transfer məbləğinin 15%-i oyunçunun keçmiş klubu Danimarka “Brondbüsü”nə veriləcək.
Qeyd edək ki, Lindström ötən mövsüm Bundesliqada 27 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fəqan İbrahimli