"Leyptsiq"in futbolçusu Dani Olmo gələcək karyerası ilə bağlı danışıb.

 Offsideplus.az xəbər verir ki,  ispaniyalı hücumçu "SkyDe"yə açıqlamasında Bundesliqa təmsilçisi ilə danışıqların getdiyini bildirib: 

"Klubla müzakirələrimiz davam edir. Önümüzdəki həftələrdə hər şey məlum olacaq" - deyə, İspaniya millisinin hücumçusu vurğulayıb.

Qeyd edək ki, "Leyptsiq" bir neçə gün öncə Dani Olmoya yeni müqavilə təklif edib və qarşı tərəfin qərarını gözləyir. Onun klubla hazırkı sözləşməsi 2024-cü ilin yayında başa çatır. 

Fəqan İbrahimli