"Borussiya" klubu "Arsenal"ın futbolçusu Qranit Caka ilə maraqlanmır. 

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Mövsümün sonunda "topçular"ı tərk edəcək futbolçunu yalnız "Bayer" klubu transfer etmək istəyir. 

"Arsenal" və "Bayer" arasında danışıqlar davam edir, Caka 15 milyon avroya Bundesliqa təmsilçisinə keçəcək.

 

Günay Xəlil