"Şalke"nin əvəzedici komandasında çıxış edən Rüfət Dadaşovun yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Almaniyanın "Dinamo" klubuna keçib. 32 yaşlı hücumçu Berlin təmsilçisi ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Rüfət Dadaşov 2017/2018 mövsümündə "Dinamo"nun şərəfini qoruyub.