Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellinqem "Mançester Siti"nin təklifini geri çevirib.  

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiçi "şəhərlilər"in 15 milyon avro maaş təklifini rədd edib. O, "Real Madrid"ə transfer olunmaq istəyir.

Qeyd edək ki, futbolçu daha öncə "Liverpul" klublarından gələn təklifə də "yox" cavabı vermişdi.