“Şalke-2” komandası Almaniyanın Qərb Regional Liqasında 26-cı turdan təxirə salınmış  “Fortuna-2” (Düsseldorf) ilə oyuna çıxıb.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke"nin ikinci komandası 0:2 hesabı ilə uduzub. 

Meydana start heyətində meydana çıxan Rüfət 11-ci dəqiqədə zədələnərək, məcburi əvəzlənib.

Qeyd edək ki, “Şalke-2” hazırda turnir cədvəlində 39 xalla 9-cu pillədə qərarlaşıb.