Münhen "Bavariya"sı futbolçuları Serj Qnabri və Leroy Sane ilə yayda yollarını ayıra bilər.
Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisinin rəhbərliyi hər iki oyunçunun çıxışından narazıdır.
Onlar mövsümün qalan hissəsində məhsuldarlıqlarını artırmasalar, yayda satılacaqlar.
Sane bu mövsüm 28 oyunda 12 qol, Qnabri isə 32 oyunda 11 qol vurub.