Avstriya millisinin qapıçısı Patrik Pents Fransanın “Reyms” klubundan Almaniya “Bayer”inə transfer olunub.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı qolkiperlə müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

“Austria”nın yetirməsi olan Pents 2022-ci ilin yayında keçdiyi “Reyms”də cəmi 7 oyuna çıxıb. O, Avstriya millisində də 1 oyuna çıxıb.