“Şalke” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi Polşa əsilli fransalı müdafiəçi Timote Kolodzeyçakı heyətinə qatıb. 

Azad agent statusuna malik 31 yaşlı futbolçu “Şalke” ilə 2023-cü ilin 30 iyununa kimi anlaşıb.