"Bavariya"nın futbolçusu Leroy Sane zədələnib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı oyunçu Almaniya Bundesliqasının 10-cu turunda "Frayburq"la (5:0) keçirilən görüşdə sıradan çıxıb. Bu barədə "Bild" nəşri məlumat yayıb. Görüşün 76-cı dəqiqəsində meydanı tərk edən hücumçu matçdan sonra tibbi müayinədən keçib. Onun  3 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

Qeyd edək ki, Leroy Sane 2020-ci ilin yayından "Bavariya"da çıxış edir.