“Leyptsiq” klubu heyətinə yeni oyunçu qatıb.

Offsideplus.az xəbər verir ki, Almaniya klubu Oryan Niland ilə anlaşıb. Norveç yığmasının qapıçısı azad agent kimi leyptsiqlilərlə gələn ilin yayına qədər müddəti nəzərdə tutan müqavilə bağlayıb.

Qeyd edək ki, “Leyptsiq”in əsas qapıçısı Peter Qulaçi ağır zədə səbəbindən 6 aylığa sıradan çıxıb.