Almaniyanın "Bayer" (Leverkuzen) klubu baş məşqçisi Cerardo Seaone ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi bu vəzifəyə İspaniya millisinin sabiq üzvü Xabi Alonsonu təyin edib. 40 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Xabi Aonso son olaraq "Real Sosyedad"ın B komandasının baş məşqçisi olub. O, 2019-2022-ci illərdə bu komandanı çalışdırıb.