Almaniya millisinin hücumçusu Timo Verner “Leyptsiq”in tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı oyunçu buna Bundesliqanın 8-ci tur oyununda “Bohum”la  (4:0) keçirilən qarşılaşmada nail olub.

Görüşdə dublla yadda qalan Verner komandanın heyətində 100 qol həddini aşan ilk oyunçu olub.

Qeyd edək ki, Verner avqustun əvvəlində “Çelsi”dən "Leyptsiq"ə geri dönmüşdü. O, 2016-2020-ci illərdə də Bundesliqa təmsilçisində çıxış edib.