"Leyptsiq"in yeni baş məşqçisi bəlli olub.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandaya Marko Roze rəhbərlik edəcək. Bundesliqa təmsilçisi 45 yaşlı mütəxəssislə 2024-cü ilin yayına qədər müqavilə bağlayıb.
Qeyd edək ki, o, bu vəzifədə Domeniko Tedeskonu əvəzləyib.