Bundesliqa klubu "Bayer"in oyunçusu Florian Virtslə Avropa nəhəngləri yaxından maraqlanır.

Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, Almaniyanın "Bavariya" klubu 19 yaşlı yarımmüdafiəçinin transferi uğrunda yarışa qoşulub. Almaniyalı oyunçunun Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər olsa da, "Bavariya" Virtsi heyətinə qatmaqda qərarlıdır.

İspaniyanın "Real" və "Barselona" klubları da hücumameyilli yarımmdafiəçini transfer etmək istəyir.

Qeyd edək ki, Virts ötən mövsüm 31 oyunda 10 qol vurub, 14 assistə imza atıb.