Almaniya Bundesliqasında 2021/22 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Offsideplus.az xəbər verir ki, "Kicker" nəşri tərəfindən keçirilən və Almaniya İdman Jurnalistləri Dərnəyinin üzvü olan 698 jurnalistin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, qalib "Leyptsiq"in hücumçusu Kristofer Nkunku olub. O, 158 səs toplayıb.

Qeyd edək ki, Nkunku ötən mövsüm Bundesliqada 34 oyunda 20 qol vurub və 15 qolun ötürməsini verib.