"Bavariya" "Renn"in hücumçusu Mathis Teli transfer edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı oyunçu ilə imzalanan sözləşmənin detalları açıqlanmayıb. 17 yaşlı futbolçu yeni klubunda 39 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Almaniya mətbuatı Münhen təmsilçisinin bu transfer üçün bonuslarla birgə 28.5 milyon avroya yaxın bir məbləğ ödəyəcəyini bildirir.