"Hoffenhaym" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Şalke"nin mərkəz müdafiəçisi Ozan Kabakı transfer edib. 22 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. "Hoffenhaym" bu transferə görə, qarşı tərəfə 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Türkiyə millisində 17 matç keçirən Ozan Kabak geridə qalan mövsümü icarə əsasında "Norviç Siti"də başa vurub. O, komandanın heyətində Premyer Liqada 11 oyunda iş başında olub.