"Bayer" (Leverkuzen) "Nitsa"nın cinah müdafiəçisi Melvin Barı heyətinə qatmaq istəyir.

 Offsideplus.az "L' Equipe" nəşrinə istinadən xəbər verir ki,  Bundesliqa təmsilçisi niderlandlı oyunçu Mitçel Bakkerlə yolları ayırdıqdan sonra bu transfer baş tuta bilər.

Qeyd edək ki, 21 yaşlı oyunçunun Fransa klubu ilə müqaviləsinin müddəti 2025-ci ildə sona çatır. O, geridə qalan mövsümdə bütün turnirlərdə 37 oyuna çıxıb.