"Leiptsiq" yarımmüdafiəçisi Kristofer Nkunku üçün yeni qiymət təyin edib.
Offsideplus.az "The Independent" qəzetinə istinadən xəbər verir ki, Bundesliqa klubu 24 yaşlı fransalı oyunçunu istəyən "Mançester Yunayted"dən 100 milyon funt-sterlin tələb edir. Adıçəkilən futbolçunun Almaniya təmsilçisi ilə sözləşməsi 2024-də başa çatır.
Qeyd edək ki, Nkunku bu mövsüm "Leiptsiq" forması ilə 50 matçda 35 qol və 19 məhsuldar ötürmə edib.