Almaniya kubokunun qalibi məlum olub.

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada "Leyptsiq" və "Frayburq" komandaları üzə-üzə gəlib. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq olan "Leyptsiq" 4:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Almaniya kubokunun sahibi olub.