Futbol üzrə Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu ada "Leyptsiq"in hücumçusu Kristofer Nkunku layiq görülüb.

25 yaşlı forvard cari mövsüm ölkə çempionatında 34 oyun keçirib. Fransalı oyunçu bu qarşılaşmalarda 20 1ol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.