"Leyptsiq"in futbolçusu Kristofer Nkunku məşhur klublar hədəfindədir.
Offsideplus.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçunu "Bavariya", PSJ, "Mançester Siti" və "Mançester Yunayted" heyətinə qatmaq istəyir. Almaniya təmsilçisi fransalı oyunçunu əldən buraxmaq istəmir. Ancaq forvard karyerasını bu klublardan birində davam etdirmək istəyir.
Onun komandasıyla hazırkı müqaviləsi 2024-də başa çatır.
Qeyd edək ki, Nkunku bu mövsüm 48 matçda 31 qol 20 məhsuldar ötürmə edib.