Münhen "Bavariya"sı aparıcı futbolçusu Tomas Müllerlə yeni müqavilə imzalamq üçün razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilədək olan yeni müqavilə imzalayacaq. Alman oyunçunun hazırkı sövdələşməsi 2023-cü ilə qədərdir.

Qeyd edək ki, Müller “Bavariya”nın yetirməsidir. O, bu mövsüm 29 matçda 7 qol vurub və 19 qolun ötürməsini verib.