Vitor Pereyrayla yolları ayıran "Fənərbağça" baş məşqçi axtarışlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Münhen "Bavariya"sının sabiq çalışdırıcısı Niko Kovaçla danışıqlar aparır. 50 yaşlı xorvatiyalı mütəxəssislə görüş də təyin edilib. Tərəflər arasındakı görüşün ardınca bu barədə rəsmi qərar veriləcək.

Qeyd edək ki, Kovaç son olaraq Fransanın "Monako" klubunda çalışıb. O, hazırda işsizdir.