Dortmund "Borussiya"sının ulduzu Erlinq Haaland sıralara geri dönüb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı norveçli oyunçu qarşıdakı matçlarda komandasına kömək edə biləcək. O, sonuncu dəfə keçən ay Çempionlar Liqasında "Ayaks"la oyunda meydanda olmuşdu.

Qeyd edək ki, Haaland bu mövsüm "Borussiya" forması ilə 11 maçta 14 qol, 4 məhsuldar ötürmə edib.